23 may tarixində Quba rayonunda Marsol Region partnyorlarının iştirakı ilə “İşgüzar Səhər Yeməyi” baş tutub.
“Arena Hotel”də baş tutan görüş zamanı Bakıda, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunan layihələr və fəaliyyətlərlə bağlı müzakirələr aparılıb, şirkətlərin fəaliyyət sahələri ilə tanışlıq olub.
Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi, eləcə də Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla digər fəaliyyətlərlə bağlı məlumat verilib.
