İşgüzar Səhər Yeməyi “Qoç Ət” – 07.08.2024

Avqustun 7-si xanım sahibkarların da iştirakı ilə “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Qoç Ət” restoranında bir araya gəldik.

Görüşdə sahibkarlar arasında yeni əlaqələrin qurulmasına imkan yaranıb, Marsol Group-un gələcək fəaliyyətləri, ölkədaxili və ölkəxarici turlar haqqında məlumat verilib.

Həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da görüşdə iştirak edib KOB Dostu şəbəkəsi haqqında sahibkarlarla həmsöhbət olub.

Bununla yanaşı, 2024-2025 Marsol Group sponsoru “TWC Management Consulting”in təqdimatı baş tutub. Biznes konsaltinq sahəsində ixtisaslaşmış şirkətin rəhbəri Çingiz Novruzzadə CEO-lar üçün praktiki maliyyə təlimi kursu haqqında məlumat verib, sahibkarların suallarını cavablandırıb.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

This will close in 0 seconds