Avqustun 21-i Marsol Group partnyorları ilə “Pxali Xinkali” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub. Görüşdə məqsədəuyğun olaraq Marsol Group-un gələcək planları haqqında məlumat verilib və bu layihələrdə əməkdaşlıq fürsətləri müzakirə olunub.
Sahibkarlar fəaliyyətlərini və öz biznes təcrübələrini bölüşüb, dövlət qurumları ilə müzakirələr aparıblar.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlar və layihələr departamentinin əməkdaşı Aqşin Babayev və Sahibkarlığın İnkişafı Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı və Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Huseyn Azəri iştirak edib. Sahibkarlıq fəaliyyətlərinin inkişafında dövlət qurumlarının rolu, bu istiqamətdə görülən tədbirlər və layihələrlə bağlı müzakirələr aparılıb.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.
İştirak edən şirkətlər:
Doctor.az
Marry Me
Pos.az
Catering Baku
Jet Cinema
Elar Park
Besttech
VMR Tesktil
Shams Group
One Smart Star
Logi Group
Formag Baku
Net Elektrik
Greenwood
Edde Global
Re-Charge Group
Shine
Paşa Həyat
D-İT
Maurrra Group
Talent Staff
Bakı İstanbul Liseyi
ADRA
Selena Tour
Fitowall
DMA
Azela
SİF
Kapital Bank
Wotmax Estate
Handex