İşgüzar Səhər Yeməyi “Pxali Xinkali” – 09.07.2024

Marsol Group fəaliyyətləri davam edir.

30-dan çox sahibkarla birgə iyulun 9-u “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Pxali Xinkali” restoranında bir araya gəldik.

Görüşdə fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar və dövlət qurumları ilə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinə və yeni əlaqələrin qurulmasına imkan yaranıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov görüşdə iştirak edərək, sahibkarlara Agentliyin fəaliyyətləri, KOB-ların problemlərinin dövlət-sahibkar əməkdaşlıq platformasında operativ həlli yollarının təqdim olunması barədə məlumatlar verib, iştirakçıların suallarını cavablandırıb.

Bununla yanaşı, Marsol Group partnyoru olan “AMAZON Travel” şirkətinin təqdimatı baş tutub. Təqdimat çərçivəsində “Amazon Travel”in təsisçisi və direktoru Seymur Allahverdiyev fəaliyyətlərini və xidmətlərini tanıdıb, həmin fəaliyyətlərlə bağlı video çarx təqdim olunub.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.

İştirak edən şirkətlər:

Amazon Travel (Təqdimat)
Unity Texnoloji
Saxara Electronics
Akbis
Azali
Kodstar
Fiday Uşaq inkişaf mərkəzi
Express Logistika (Furacs)
Brand Media Group
Holberton School
Rəmzioğlu paxlava
Euroglass
Zamex
İcon Pərdə
Robotzadə
BRT Class
KOBİA
Fito wall
Sofistico
Social Lab
İntegro
Xalq sığorta
BMY Caspian
Bestsol
L-Sim
Net Kodlama
Qmeter
Narmobile
United Payment