Marsol Group partnyorları yanvarın 28-i “Prive Steak Gallery” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib.
40-a yaxın sahibkar ənənəvi olaraq öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları, eləcə də Marsol Academy-nin fəaliyyətləri ilə bağlı təqdimatlar baş tutub.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.