İşgüzar Səhər Yeməyi “Prive Steak Gallery” – 10.10.2024

Oktyabrın 10-u xanım sahibkarların da iştirakı ilə “Prive Steak Gallery” restoranında “İşgüzar Səhər Yeməyi” təşkil olunub.

Görüşdə sahibkarlar arasında yeni əlaqələrin qurulmasına imkan yaranıb, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Rüstəm Qədirli də görüşdə iştirak edərək Fondun davam edən layihələrindən danışıb, sahibkarlarla həmsöhbət olub.

Görüş çərçivəsində iyirmi illik brend stajına malik olan partnyorumuz “CELT Colleges” şirkətinin rəhbəri Xəyyam Dəmirov şirkətin fəaliyyətləri ilə bağlı təqdimat edərək sahibkarların suallarını cavablandırıb, təhsil müəssisəsinin fəaliyyətinin əks olunduğu video çarx təqdim olunub.

This will close in 0 seconds