Mayın 6-da ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-dan çox Marsol Group partnyoru bir araya gəlib.
“Prive Steak Gallery” restoranında baş tutan görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək imkanı yaranıb.
Görüş çərçivəsində, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar da baş tutub.
Həmçinin, görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da iştirak edərək KOB Dostlarının fəaliyyətləri ilə bağlı məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Görüş çərçivəsində “CanAz Group”un təsisçisi Kamran Yaradanquliyevin təqdimatı da baş tutub. O, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Marsol Group və “CanAz Group”un təşkilatçılığı ilə Yurd 90.7 FM – də yayımlanan “İşinin Adamı” verilişi haqqında iştirakçıları məlumatlandırıb.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
İştirak edən şirkətlər:
Çıraq İnşaat
Nom Star Group
Nom Star Group
Azfilter
DC Group (Qonaq)
Kodstar
Qaya Nəqliyyat
Construction Business Group
Lux Concept
Tarsa Group
ABV
MRT Karniz
ART Jalüz
İstanbul Reklam
Thermoplast
Nar Mobile
Paşa Həyat
Texno Gallery
Kapital Bank
Summer tour
Billur
Storm Engineering
ROOFS
Soel Parfum
Can.az
İsmayıllı Peşə Təhsili Mərkəzi
Natural Meat
AL Group
CREA
KOBİA
Kristal inşaat