Sentyabrın 5-i “Prive Steak Gallery” restoranında baş tutan “İşgüzar Səhər Yeməyi” çərçivəsində partnyorlarımızı bir araya gətirdik.
30-dan çox sahibkar ənənəvi olaraq öz fəaliyyətlərini tanıdıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Görüşün davamında Marsol Group-un gələcək fəaliyyətləri haqqında bir sıra təqdimatlar olub.
Bununla yanaşı, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “Prive Steak Gallery” restoranına “Üzvlük” sertifikatı təqdim olunub.