İşgüzar Səhər Yeməyi “Özsüt” – 22.10.2024

Oktyabrın 22-si partnyorlarımız “Özsüt” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib.

Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub.

Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olub.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Innovasiyalar Mərkəzi”nin nümayəndəsi iştirak edərək mərkəzin fəaliyyətləri və layihələri haqqında məlumat verib.

Görüşün sonunda partnyorumuz “Jet Cinema”nın marketinq departamentinin rəhbəri Nahid Ağadadayevin təqdimatı baş tutub. Nahid bəy şirkət haqqında ətraflı məlumat verib və iştirakçılar üçün maraqlı olan sualları cavablandırıb.

Sonda, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “MEZURO Baku” şirkətinə “Üzvlük” sertifikatı təqdim edilib.

İştirak edən şirkətlər:

Jet Cinema
Holberton School Azerbaijan
Naxış.az
Media FM
Port Baku Hotel
Agrodrift Suvarma Sistemləri
Formag Baku
Ledior
Mezuro
Gold Mobilya
Caspian Energy Group
MGM-21
On Pack
Qızıl
Freshair
Unicons
Mega Həyat
Marry Me
BTL İndustries Az
Robotzadə
Fleetstock
Asan İnnovasiyalar Mərkəzi
Proglass
Allplast
Natural Meat
Net Elektric
DMA
MT Construction

This will close in 0 seconds