Aprelin-10-u “İşgüzar Səhər Yeməyi” çərçivəsində Marsol Group partnyorları yenidən bir araya gəlib.
“Özsüt” restoranında baş tutan görüşdə 40-a yaxın sahibkar fəaliyyətlərini təqdim edib, Marsol Group-un gələcək layihələri, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumat verilib.
Həmçinin, dövlət qurumlarından Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Elçin Kazımlı və Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edərək fəaliyyətlərini təqdim edib, birgə əməkdaşlıq qurula biləcək istiqamətlər müzakirə olunub.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
