İşgüzar Səhər Yeməyi “Özsüt” – 04.06.2025

İyunun 4-ü ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Özsüt” restoranında xanım sahibkarların da iştirakı ilə 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib. Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.

Görüş çərçivəsində, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar da baş tutub.
Dövlət qurumlarından Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparat rəhbərinin müavini Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev və Təhsildə Keyfiyyət Təminatı Agentliyi Kvalifikasiyaların tanınması departamentinin direktoru Elmir Həsənov iştirak edib, adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat verilib və sahibkarların sualları cavablandırılıb.

Həmçinin, “CanAz Group”un təsisçisi Kamran Yaradanquliyev “İşinin Adamı” verilişi haqqında məlumat verib. O, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Marsol Group və “CanAz Group”un təşkilatçılığı ilə Yurd 90.7 FM – də yayımlanan veriliş haqqında iştirakçıları məlumatlandırıb.

Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib.

This will close in 0 seconds