30-a yaxın Marsol Group partnyorunun iştirakı ilə iyulun 2-də “İşgüzar Səhər Yeməyi” baş tutub.
Xanım sahibkarların da iştirakı ilə “Özsüt” restoranında baş tutan görüş ənənəvi olaraq iştirakçıların öz fəaliyyətlərini təqdim etməsi, habelə yeni iş fürsətlərini müzakirə etmək imkanı yaradıb.
Görüşdə İqtisadiyyat Nazirliyinin Layihələrin Əlaqələndirilməsi Sektorunun müdiri Cavid Qurbanlı da iştirak edərək sahibkarlarla həmsöhbət olub. O, Azərbaycanda sənaye məhəllələrinin sənaye ekosisteminin formalaşmasında oynadığı rolu qeyd edib, xüsusilə də Abşeron Özəl Sənaye Məhəlləsinin bu ekosistemin inkişafına töhfəsini vurğulayıb.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
İştirak edən şirkətlər:
Arzena Design
Deltatech
NANO Advertising
Altent.az
Lassa
Unilegal Consulting
SR Broker
Amazon Travel
Fleetstock
Azled
Blink-Bİ
Abşeron Özəl Sənaye Texnoparkı
Mezuro Baku
Storm Engineering
Elegant Pərdə
Muffin Pastry
Enerji N
Hi Marketing
İnes Precast
Nil Tədris Mərkəzi
Figensoft
ABV
Marxal Resort
Fitowall
GV Estetik
Odero
BRT Class
VİVA Yağdəyişmə
MSDİS
Prime