İyulun 18-i “Mado” restoranında Marsol Group partnyorları ilə növbəti dəfə bir araya gəldik. “İşgüzar Səhər Yeməyi”ndə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar bir-birilərilə tanış olub yeni iş fürsətlərini qiymətləndirmək məqsədilə öz biznes təcrübələrini bölüşüblər.
Görüşün sonunda sahibkarlıq fəaliyyətlərinin inkişafı məqsədilə “SAT Group” şirkətinin direktoru Azad Qəhrəmanovun “Korporativ satışlar” başlığı altında təlimi baş tutub. Təlim effektiv marketinq strategiyalarının inkişafı, işlənib hazırlanması, potensial müştərilərlə iş kimi mövzularda biliklər qazandırıb.
Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.