15 yanvar tarixində ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları “iSchool”ni ziyarət edib.
Görüş zamanı iştirakçılar arasında tanışlıq olub, müəssisənin fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, 2019-cu ildən fəaliyyət göstərən mərkəzin təsisçisi və direktoru Murad Məmmədov beynəlxalq imtahanlara hazırlıq, xaricdə təhsil kimi xidmətləri və gələcək hədəfləri barədə ətraflı məlumat verib, sahibkarların suallarını cavablandırıb.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, sahibkarlarla həmsöhbət olub.
Həmçinin, iştirakçılar müəssisənin fəaliyyətlərinin gerçəkləşdiyi zal və sinif otaqları ilə əyani formada tanış olublar.
Sonda, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “iSchool Təhsil Mərkəzi”nə “Üzvlük” sertifikatı təqdim edilib.
