İşgüzar Səhər Yeməyi “MADO” – 13.05.2025

Mayın 13-ü xanım sahibkarların da iştirakı ilə 30-dan çox Marsol Group partnyoru “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev və Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova da görüşdə iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat veriblər, sahibkarların sualları cavablandırılıb.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.

İştirak edən şirkətlər:

Murad LTD
Bakı Gənclər Mərkəzi
Məlhəm Hospital
Reino
Easy Solutions
Edde Global
Vien Group
İST Servis
İnşaat MS
Fire Universal Group
Lucky Office
ADRA
Ellab Laboratoriyası
Saloni Mebel
Safi Construction
Gestalt Azerbaijan
Mopedo
Grow Audit
Qida sektoru
Formag Logistika
Marxal
Fenstar
Narın yem fabriki
MADO
DMA
Mobil Group
Kseroks.az

This will close in 0 seconds