Oktyabrın 9-u 40-a yaxın sahibkarın iştirakı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” təşkil olunub.
Görüşdə sahibkarlar arasında yeni əlaqələrin qurulmasına imkan yaranıb, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.
Həmçinin, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim olunub.
Davamında sahibkarlarımız Sumqayıt şəhərinin mərkəzində yerləşən Marsol Group partnyoru “Sumqayıt Ticarət Mərkəzi”ni ziyarət ediblər.
Tanınmış markalarla yanaşı bir çox sahə üzrə kiçik mağazaların (kişi və qadın geyimləri, ayaqqabılar, parçalar, gəlinlik və ziyafət geyimləri, hər növ toy ləvazimatları) da fəaliyyət göstərdiyi ticarət mərkəzinin İdarə Heyətinin sədri Etimad Bayramov sahibkarlara müəssisənin fəaliyyətləri haqqında məlumat verib, ekskursiya təşkil olunub.