Partnyorlarımızla sentyabrın 11-i “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Məlhəm Beynəlxalq Hospital”ın qonağı olduq.
Görüşdə ilk olaraq sahibkarlar bir-birilərilə tanış olaraq şirkətləri haqqında təqdimat etdi yeni biznes ideyaları və əməkdaşlıqlar müzakirə olundu.
Daha sonra tibbi xidmətlərin təşkili üçün təyin olunmuş zal və otaqlarla tanış olduq. Hospitalın icraçı direktoru Sevda Əlizadə təqdimat zamanı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri, innovativ tibbi avadanlıqlar haqqında məlumat verdi, iştirakçılar müxtəlif sahələrdə fəaliyyət göstərən uzman həkimlərlə tanış oldular. Davamında müəssisənin fəaliyyətlərini əks etdirən video çarx təqdim olundu.
Sonda, 2024-2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan “MRT Karniz” şirkətinə “Üzvlük” sertifikatı təqdim etdik.