Yanvarın 25-i “İşgüzar Səhər Yeməyi” çərçivəsində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları, B2B görüşlərə maraqlı olan sahibkarlar və dövlət qurumu nümayəndələri “İpəkyolu Şirniyyat Evi”ndə bir araya gəlib.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Lənkəran filialının rəhbəri Rasim Xarəzimşah və KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev iştirak edərək sahibkarlarla həmsöhbət olublar.
Görüşdə biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə regionlarda təşkil olunan layihələr və görüşlər eləcə də Marsol Group-un fəaliyyətləri haqqında məlumat verilib, dövlət qurumlarının sahibkarlara dəstək mexanizmləri barədə müzakirələr aparılıb.
Sonda, Marsol Region partnyoru “Rodoos Training & Consulting” şirkətinin rəhbəri Rafət Şirəliyevin “Biznesdə Marketing Planı – 7P” mövzusunda təlimi baş tutub. Sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb.