“Sahibkarlar Günü” münasibətilə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları və dövlət qurumu nümayəndələri ilə “Hirkan Park Hotel”də “İşgüzar Səhər Yeməyi” baş tutub.
Dövlət qurumlarından KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev iştirak edərək sahibkarlarla həmsöhbət olublar.
Həmçinin, ənənəvi olaraq biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə regionlarda təşkil olunan layihələr və fəaliyyətlər haqqında məlumat verilib, dövlət qurumlarının sahibkarlara dəstək mexanizmləri barədə müzakirələr aparılıb.
Sonda, 2025-ci il üzrə Marsol Region partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunub.
