İşgüzar Səhər Yeməyi “Lənkəran” – 15.08.2024

“İşgüzar Səhər Yeməyi” çərçivəsində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar bir araya gəlib.

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində avqustun 15-i “İpək Yolu” restoranında təşkil olunan görüşdə dövlət qurumlarından KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, ADRA-nın Lənkəran Regional Reklam İdarəsinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Şahverən Əlizadə və Marsol Region partnyorları iştirak edib, dövlət və özəl sektor arasında biznesə dair müzakirələr aparılıb.

Bununla yanaşı, Marsol Group partnyoru “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimov sahibkarların vergi mövzusunda diqqət yetirməli olduğu xüsusi nüanslara toxunub, onların suallarını cavablandırıb.

This will close in 0 seconds