Regionlarda görüşlərimiz davam edir!Martın 8-i Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları və dövlət qurumu nümayəndələri “İpək Yolu” restoranında bir araya gəlib.
Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının müdiri Rasim Harəzmşah, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov və “Kapital Bank“ın Mikro kreditlər üzrə mütəxəssisi İntizar Rzazadə iştirak edərək sahibkarlarla həmsöhbət olublar.
Bununla yanaşı dövlət qurumlarının maarifləndirici çıxışları da olub. Yeni konsepsiya, qeyri formal məşğulluğun aradan qaldırılması, peşə hazırlığı, birgə maliyyələşdirmə layihələri eləcə də, qrant layihələr və dəstək mexanizmləri haqqında maraqlı mövzulara toxunulub.
Marsol Region partnyorlarından “Citrus Valley” təsərrüfatının qurucusu Rəftarə Şükürovaya 8 mart münasibətilə hədiyyə təqdim olunub.