29 aprel tarixində ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində “MADO” restoranında xanım sahibkarların da iştirakı ilə 30-a yaxın Marsol Group partnyoru bir araya gəlib. İştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.
Görüş çərçivəsində, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar da baş tutub.
Həmçinin, “CanAz Group”un təsisçisi Kamran Yaradanquliyev “İşinin Adamı” verilişi haqqında məlumat verib. O, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Marsol Group və “CanAz Group”un təşkilatçılığı ilə Yurd 90.7 FM – də yayımlanan veriliş haqqında iştirakçıları məlumatlandırıb.
Görüş, sahibkarların müxtəlif sektorlardan gələn təcrübələri bölüşməsi ilə davam edib.
Sonda, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
İştirak edən şirkətlər:
MADO
Lucky office
Aba media
Logitrans
Tovuz Mineral Suları
Tornado MMC (region)
Gestalt
Nil Təhsil
L-Sim
Mopedo
New Life systems
Can.az
Marry Me
Concrete Bureau
BTL İndustries
VMR Tekstil
Estet MMC
Arbitro
Moon Group
Eurodoor
Mezuro Baku
Saxara Electronics
Helind
Məlhəm Hospital