İşgüzar Səhər Yeməyi “Başkent” – 24.04.2025

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin iştirakçıları ilə görüş baş tutub.

Aprelin 24-ü Marsol Group-un təşkil etdiyi “İşgüzar Səhər Yeməyi” çərçivəsində sərgi iştirakçısı olan qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar bir araya gəlib.

Görüşdə hər bir iştirakçı fəaliyyətlərini tanıdaraq digər iştirakçılarla yaxından tanış olub. Təqdimatla yanaşı, sərgi ilə bağlı texniki məsələlər də müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Nəzərinizə çatdıraq ki, 18-21 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə 300-ə yaxın yerli şirkətin iştirakı ilə baş tutacaq sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

İştirak edən şirkətlər:

Kraton Klinik
N-Advert
Softech
Məlhəm Hospital
Moon Group
Buta Glass
Unilegal
Kapital Bank
Şəms Tərcümə
Qolat
Polemak
Narin Yem Fabriki
Art Stone 2012
Art Stone 2012
DG Plast
Hidsab
Pak xalça
Arzena Design
İR Master
Fibrotruck
Handex
Handex
Mister wood
Beshome
Secop
Halal -P
Kral rent a car
Silo
Arter
MS Oil

This will close in 0 seconds