İşgüzar Səhər Yeməyi “Başkent” – 21.01.2025

30-dan çox Marsol Group partnyoru “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.

Yanvarın 21-i “Başkent” restoranında baş tutan görüşdə hər kəs təqdimat edərək öz biznesini tanıdıb, iştirakçılara Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.

Həmçinin, “SAT Group” şirkəti tərəfindən “B2B satış strategiyaları” başlığı altında təlim təşkil olunub. Şirkətin həmtəsisçisi Azad Qəhrəmanov B2B satışı davamlı və yüksək səviyyədə saxlamaq üçün əhəmiyyətli olan strategiyaları izah edərək mövzu ilə bağlı sualları cavablandırıb.

Onu da qeyd edək ki, görüşdə “Allplast” şirkətinin təsisçisi və direktoru Kamil Məlikovun doğum günü də qeyd olunub. Kamil bəyi doğum günü münasibətilə təbrik edir, ömür boyu xoşbəxtlik və uğurlar arzu edirik!

İştirak edən şirkətlər:

Unity Technologies
XXI Əsr Məktəbi
Mobil Group
Al Group
Allplast
Elegant Pərdə
Hood Academy
Nevroloq
Sat Group(
Dekoriza
De Promo
Skylift
Roland
Amazon Travel
La Liga Lounge
Fooda Concept
Amina Building Company
Kovrolin.az
Kənd Payım
Buta Glass
Məlhəm Beynəlxalq Hospital
Sis Collection
Shine
Sofistico
Olcay Yapı
Başkent
ERZ Ofis Mebeli
Greenmed
KYS
EFC Terrarium
Natural Meat
Sharaf Media
AzEstetik Group
Mopedo

This will close in 0 seconds