İşgüzar Səhər Yeməyi “Başkent” – 17.07.2024

İyulun 17-si Marsol Group partnyorları, dövlət qurumu nümayəndələri və “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları “Başkent” restoranında işgüzar səhər yeməyində bir araya gəlib.

Görüşdə dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşlar və layihələr departamentinin əməkdaşı Aqşin Babayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Bakı Kob dostu mütəxəssisi Əli Əlizadə iştirak edib. Bununla yanaşı, iştirakçılar öz şirkətləri haqqında təqdimat edərək, yeni işgüzar əlaqələrin yaranmasına vasitəçi olublar.

İş dünyasının peşəkarları ilə bir araya gələn “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları da B2B görüşlərdə biznes mühitini yaxından tanıyıb və sahibkarlarla dəyərli əlaqələr qurmaq imkanı əldə ediblər.