“International Science & Technology” universitetinin rektoru ilə görüş – 26.12.2024

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Polşada yerləşən “International Science & Technology” universitetinin rektoru Prof. Dr. Erdal Dursunla görüşüb.

Görüşdə tələbələr üçün iş dünyasının ehtiyaclarına uyğun müxtəlif təcrübə proqramları, təqaüd imkanları və tələbələrin iş dünyasına inteqrasiyası məsələləri, o cümlədən birgə innovativ layihələrin həyata keçirilməsi mövzularına toxunulub.

This will close in 0 seconds