27 dekabr tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin 2024-cü il üçün nəzərdə tutulmuş son iclası keçirilib.
İlin yekunlarına həsr olunmuş iclasın başlanğıcında Aktauda baş verən faciəvi təyyarə qəzası nəticəsində həyatını itirənlər 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra 2025-ci il üçün müəyyənləşdirilən hədəflər və məqsədlər, eləcə də müxtəlif komissiyaların fəaliyyət planları müzakirə olunub. İclasın sonunda İCMA və Marsol Group arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb, birgə fəaliyyətin daha da təkmilləşdirilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələrin səmərəliliyinin artırılması istiqamətində vacib qərarlar qəbul edilib.