“Holberton School” Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School” Azərbaycanda fəaliyyət göstərir.
Həm gənclər, həmçinin də ixtisasını dəyişmək istəyənlər üçün unikal fürsətlər və təhsil şəraiti yaradılır. Metodologiya və tədris materialları hər kəs üçün əlçatan və öyrənməyi öyrədən formatdadır.
Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma ilə siz komanda əsaslı şəraitdə işləyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəyə bilirsiniz.
Holberton School, tələbələrinə texniki və “soft skill” adlanan yumşaq bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa hazırlayır. Beləliklə, məzunlar genişlənən texnologiya sənayesində tezliklə uğur qazanır və müxtəlif şirkətlərdə liderlik vəzifələrinə yüksəlirlər.
Həmçinin “Holberton School” öz platformasını şirkətlər üçün təqdim edir ki, bunun vasitəsi ilə şirkətlər öz tələblərinə uyğun dəyişə və komanda inkişafına investisiya edə bilərlər.
Hazırda məktəb Foundation, Full Stack, Machine Learning, AI, və digər proqramlarla 34 şəhər, 22 ölkədə fəaliyyətini davam etdirir.
Ünvan: Atatürk prospekti 93
Telefon: +994 10 526 97 98
Mobil: +994 10 526 97 98
web: https://www.holbertonschool.com/campuses/baku-azerbaijan
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/profile.php?id=100095726403283&mibextid=LQQJ4d
İnstagram: https://www.instagram.com/holbertonazerbaijan?igsh=MWoxdnMzNXl4cDIwag==