Fibonacci International Mathematics və Robotics Olimpiadasının rəhbər heyəti ilə görüş – 03.02.2025

Marsol Group-un direktoru Bilal Qasımlı ilə Fibonacci International Mathematics və Robotics Olimpiadasının rəhbəri Orxan Çelik və İdarə Heyətinin üzvü, Gaziantep Universiteti Sənaye Mühəndisliyi Bölümünün rəhbəri Süleyman Mete arasında görüş baş tutub.

Görüşdə tərəflər öz fəaliyyət sahələri barədə məlumat mübadiləsi aparıb, birgə innovativ layihələrin həyata keçirilməsi, həmçinin beynəlxalq akademik əlaqələrin gücləndirilməsi mövzularına toxunulub.

This will close in 0 seconds