13 dekabr tarixində Marsol Group və “Madena” şirkətinin birgə təşkilatçılığı ilə sahibkarlar və dövlət rəsmiləri axşam ziyafəti çərçivəsində bir araya gəlib.
“Time Business Center”də baş tutan görüşdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə, Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev, “Madena” şirkətinin təsisçisi Rəsul Şəkiliyev və Marsol Group partnyorları iştirak edib, iştirakçılar arasında B2B və B2G formatında faydalı nitq və müzakirələr aparılıb.
Görüşdə həmçinin, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Veysəloğlu Şirkətlər Qrupunun təsisçi və baş icraçı direktoru Aydın Talıbov və “Capago İnternational”ın Azərbaycandakı direktoru Afiq Atakişiyev iştirak edib.
Görüş zamanı Marsol Group-un mövcud layihələri haqqında məlumat verilib, gələcək planlar və biznes çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.