Dövlət Məşğulluq Agentliyi ilə memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol Group arasında memorandum imzalanıb.

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və Marsol Group-un təsisçisi Tural Mustafayev imzalayıb.

Memorandumun imzalanması mərasimində ötən il ərzində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Həmçinin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin istehsalat təcrübəsi keçmələri və müvafiq sahələr üzrə işlə təminatında birgə fəaliyyət göstəriləcək.

Bu sənədlə peşə hazırlığına cəlb olunan şəxslərin işlə təmin olunmasında Marsol Group partnyoru olan işəgötürənlərlə əməkdaşlıq edilməsi, əməkdaşlıq çərçivəsində birgə innovativ layihələrin, tədbirlərin və forumların həyata keçirilməsi nəzərdə tutulur.

This will close in 0 seconds