Dohadakı Azərbaycan Ticarət Evi ziyarət olunub – 21.10.2024

Doha turunun ikinci günü partnyorlarımızla şəhərin mərkəzində yerləşən Azərbaycanın 20-dən çox şirkətinin 600-ə yaxın növdə məhsullarını – meyvə və tərəvəzlər, quru meyvələr, milli xörəklər, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar və s. özündə cəmləşdirən Azərbaycan Ticarət Evini ziyarət etdik.

Burada Ticarət Evinin COO-su Ramin Hacıyev sahibkarları məhsullarla tanış etdi, ekskursiyamız baş tutdu.

Qeyd edək ki, Azərbaycanın xarici ölkələrdə ticarət evlərinin yaradılması müsbət nəticələr verir, “Made in Azerbaijan” brendinin tanıdılması, məhsullarımızın satışının təşkili və əlaqələndirilməsi işi uğurla həyata keçirilir.

This will close in 0 seconds