Doğu Akdeniz Universitetinin (DAÜ) rektoru ilə görüş – 04.04.2025

Aprelin 4-də Marsol Group-un təsisçisi Tural Mustafayev, sahibkarlar və Şimali Kipr Türk Respublikasında yerləşən Doğu Akdeniz Universitetinin (DAÜ) rektoru Hasan Kılıç arasında görüş baş tutub.

İkimərhələli görüşün ilk mərhələsində təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş zamanı əsas diqqət beynəlxalq akademik əlaqələrin gücləndirilməsinə, tələbələr üçün yeni imkanların yaradılmasına və azərbaycanlı tələbələrin DAÜ-yə yönləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə yönəlib.

Növbəti mərhələdə Marsol Group partnyorları üçün Doğu Akdeniz Universiteti haqqında info-sessiya keçirilib, tərəfdaşlıq əlaqələrinin qurulması və inkişafı mövzularında geniş fikir mübadiləsi aparılıb.

This will close in 0 seconds