“Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi mərasimi – 16.12.2024

16 dekabr tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri və Marsol Group partnyorları iştirak edib.

Tədbir çərçivəsində mükafatlandırılan 15 sahibkarlıq subyektindən Marsol Region partnyoru “Bio Garden” aqroekoturizm məkanının rəhbəri Etibar Nuriyev “Uğurlu fermer”, Marsol Group partnyoru “Catering Baku” şirkətinin təsisçisi və direktoru Emilya İsmayılova isə “Gənc Sahibkar” nominasiyası üzrə “Dayaq” Mükafatına layiq görülüb.

Bu mükafata layiq görülməsi münasibətilə partnyorlarımızı təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

This will close in 0 seconds