Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 17.08.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Görüşün bu dəfəki mövzusu “PR-ın biznesdə rolu” oldu. Mövzu haqqında “Social Lab” şirkətinin rəhbəri İlham bəy ətraflı məlumat verdi və partnyorlarımız da mövzu ilə bağlı öz suallarını İlham bəyə ünvanladılar.

Bununla yanaşı görüşdə ənənəvi qaydada tanışlıqlar baş tutdu və şirkət rəhbərləri öz sahələrilə bağlı maraqlı məlumatlar paylaşdılar.

Tədbirdə qonağımız olan hüquqşünas Allahverən Orucov müəllifi olduğu “Sahibkarın Hüquq Bələdçisi” kitabı haqqında məlumat verdi və bizə hədiyyə etdi.

Sonda isə, Marsol şirkətinin rəhbəri Tural bəyin doğum günü münasibətilə partnyorumuz “Sona Cake House” tərəfindən hədiyyə olunmuş ləziz tortdan partnyorlarımızla birlikdə daddıq. Bu dadlı hədiyyə üçün Sona xanıma təşəkkür edirik!

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Sociallab
Lassa
3D Klubu
Sənaye Mülki Təchizat
Marry Me
EuroglassArt

This will close in 0 seconds