Marsol Group partnyorları ilə sentyabrın 25-i növbəti B2B görüşümüz baş tutub.
Mütəmadi olaraq təşkil olunan bu görüşlərdə sahibkarlarla Marsol Group-un gələcək fəaliyyətləri haqqında müzakirələr aparılır, yeni layihələr və turlar haqqında məlumat verilərək bu mövzuda partnyorların təklifləri dinlənilir.
Bugünkü görüş çərçivəsində də iştirakçılar “Marsol Plus” mobil tətbiqi ilə tanış olub, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumat verilib. Bununla yanaşı, Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Sahibkarlıqda Mühəndislik” və “BizneStep” qruplarına qeydiyyatla bağlı təqdimat olub.
İştirak edən şirkətlər:
Şərəf Media
D-İT
De Promo
E.H.A Group
Tayqatech
Atech Company
Almond Cake
Can-Pa
EGT Express
Greenmed
Aso Group
Food Packing
Kapital Bank