Oktyabrın 8-i Marsol Group partnyorları ilə dəyirmi masa ətrafında B2B görüş baş tutub.
Görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib sahibkarların təklif və rəyləri dinlənilib.
Bununla yanaşı, Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Sahibkarlıqda Mühəndislik” və “BizneStep” qruplarına qeydiyyatla bağlı təqdimat olub.
İştirak edən şirkətlər:
Kartpak
Gens Elektrik
Amina Building
KYS
EFC Terrarium
Hood Academy
Master Cleaning
Kapital Bank
DSMF
Macis Consulting