Oktyabrın 2-si Marsol Group partnyorları ilə dəyirmi masa ətrafında B2B görüş baş tutub.
Görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”, eləcə də “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub, sahibkarların təklif və rəyləri dinlənilib.
Bununla yanaşı, Marsol Karyera və İnkişaf Mərkəzinin həyata keçirdiyi “Gələcəyin Sahibkarları” layihəsi çərçivəsində “Sahibkarlıqda Mühəndislik” və “BizneStep” qruplarına qeydiyyatla bağlı təqdimat olub.
İştirak edən şirkətlər:
L-Sim
Superfon
İndikator Avto
Estet
Kila Group
Unicons
GR Group
BHB Strateji Media Agentliyi
Azfibernet
Flame Tour
Göyçay Süd
Robotzadə
İvento
İnes Precast
Arsi Group
Sofistico