27 dekabr tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində sahibkarlar və dövlət qurumları arasında görüş baş tutdu. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov və mərkəzin direktoru Etibar Sadığovun iştirakı ilə info tur təşkil olundu. Mərkəzin fəaliyyəti ilə tanış olduqdan sonra “Lənkəran iqtisadi rayonunda və qonşu Salyan, Neftçala rayonlarında peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans” keçirildi. Konfransda ölkə iqtisadiyyatının və regionların ümumi inkişafı üçün birlikdə görəcəyimiz işlər, kadrların hazırlanması və işlə təmin olunması istiqamətində fikir mübadiləsi aparıldı. Biz də Marsol Region olaraq fəaliyyətlərimiz haqqında məlumat verib, bu tip fəaliyyətlərdə şəbəkələşmənin önəmlərindən bəhs etdik. Belə görüşlərin tərəflər üçün faydalı olacağına inanır, təşkilatçılara öz təşəkkürümüzü bildiririk.