Biznes Tur “Şəki” – 31.01.2025

“Biznes Tur” çərçivəsində partnyorlarımızla 31 yanvar tarixində Şəki şəhərinə yollandıq.

31 yanvar, 1-2 fevral tarixlərini əhatə edən Şəki turunun ilk günü asudə vaxtı dəyərləndirmək üçün müxtəlif fəaliyyətlər təşkil olundu.

Həmçinin, dövlət qurumlarının və Marsol Region partnyorlarının iştirakı ilə “Axşam ziyafəti və B2B” görüş baş tutdu, iştirakçılar arasında tanışlıqlar oldu.

İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala Regional bölməsinin rəhbəri Qalib Məsimov, Dövlət Məşğulluq Agentliyinin Şəki- Zaqatala regional Məşğulluq filialının rəhbəri Abdulla Kərimov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki KOB Dostu Elbrus İskəndərov görüşümüzdə iştirak edərək sahibkarlarla həmsöhbət oldu, sualları cavablandırıldı.
İşgüzar səfərimizdə baş tutan fəaliyyətləri paylaşmağa davam edəcəyik…

This will close in 0 seconds