Biznes Tur “Şəki” – 18.05.2024

Mayın 18-i Marsol Region partnyorları ilə birgə fəaliyyətlərlə davam edən “Biznes Tur”dan fotoları sizlərə təqdim edirik…

Turun ikinci günü Şəki rayonunda fəaliyyət göstərən Marsol Region partnyorlarının müəssisə və şourumlarını ziyarət etdik.

İlk ünvanımız kələğayı sənətini dünyaya tanıtmaq və gələcək nəsillərə ötürmək istəyən ustad Əmiraslan Şamilovun “Kələğayıçı Ziya” brendinin istehsalatı oldu. Ən maraqlısı da odur ki sahibkarlarımız master klass çərçivəsində Əmiraslan bəyin rəhbərliyi ilə kələğayının naxışlama prosesini təcrübə etdilər.

Bir sonraki ünvanımız region partnyorlarından inşaat materiallarının alışı və satışı ilə məşğul olan “Evqur İnşaat” oldu, rəhbəri Murad Beybudov tikinti materialları, ev bəzəkləri və məişət əşyaları kimi geniş çeşiddə məhsullarla partnyorlarımızı tanış etdi.

Həmçinin, inşaat sektorunda fəaliyyət göstərən daha bir Marsol Region partnyoru “İmdatoğulları” şəbəkəsinin mağazası olan “Uğur İnşaat”ın şourumunda ekskursiyamız baş tutdu. Müəssisənin rəhbəri Nicat Abdullayev məhsullarını tanıdaraq təqdimat etdi.

Günün ikinci yarısı baş tutan nahar yeməyi çərçivəsində partnyorlarımız üçün maliyyə və mühasibatlıq sahəsi ilə əlaqəli, “Meslehetci.az” şirkətinin həmtəsisçisi Abbas Orucəliyev və “Sofistico” şirkətinin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimovun təlimi baş tutdu.

Nahardan sonra təbiət qoynunda dincəlmək istəyən hər kəsin sevimli məkanı “Bio Garden”i ziyarət etdik. Aqroekoturizm məkanının rəhbəri Etibar Nuriyev sahibkarlarımıza bu 8 hektarlıq ərazidə yetişmiş meyvə ağacları, arıçılıq təsərrüfatı, uşaqlar və böyüklər üçün əyləncə məkanlarını tanıtdı, sahibkarlara maraqlı gələn sualları cavablandırdı.

Bununla da, həm işgüzar həm də sosial fəaliyyətlərimizlə “Biznes Tur”umuzu yekunlaşdırdıq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds