40-a yaxın Marsol Group partnyoru 15-22 aprel tarixlərini əhatə edən Özbəkistan turu çərçivəsində, tarixi və mədəni zənginliyi ilə seçilən Səmərqənd şəhərinə səfər ediblər.
Səmərqənd, əsrlər boyu mədəniyyətlərin qovuşduğu, elm və ticarətin inkişaf etdiyi möhtəşəm bir şəhər olub. Özbəkistan səfərimizin ilk günü iştirakçılar Səmərqənddə görkəmli məkanları ziyarət ediblər.
Səfər çərçivəsində Mirza Uluğbəy Rəsədxanası, Şaxi Zindada-Qusam ibn Abbasın türbəsi, Həzrət-Xızır və Bibixanım məscidi, Registan meydanındakı Mirzə Uluqbəy, Tilla-Kari və Şirdor mədrəsələri, həmçinin Əmir Teymur türbəsi ziyarət olunub.
Bununla yanaşı, Özbəkistanın Ticarət və Sənaye Palatasının Səmərqənd şəhəri üzrə rəhbəri Musinov Dilshod Sultanovich ilə rəsmi görüş baş tutub. Görüşdə özbəkistanlı iş adamları ilə tanışlıq olub, Səmərqənddə sahibkarlığın inkişafına dair müzakirələr aparılıb, həmçinin İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunan layihələr və görüşlər haqqında məlumat verib. Sonda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Günün sonunda Marsol Group partnyorları ilə axşam ziyafəti baş tutub.
İşgüzar səfərimizin digər maraqlı anlarını sizinlə paylaşmağa davam edəcəyik.
Travel tərəfdaşı: Globus Travel
