Biznes Tur “Lənkəran” – 20.02.2025

20 fevral tarixində Lənkəran səfərimiz çərçivəsində həm faydalı təlimlər, həm də sosial fəaliyyətlərlə iştirakçılar üçün maraqlı və dolğun bir gün təşkil olunub.

Günün birinci yarısı “Rodoos Training & Consulting” şirkətinin rəhbəri Rafət Şirəliyev tərəfindən “Sosial satınalmaların biznesimizdə rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı sosial satınalmaların biznesə təsiri, bu sahədə tətbiq olunan strategiyalar və effektiv yanaşmalar haqqında iştirakçılar ətraflı məlumat əldə ediblər.

Davamında “Nilado Green” restoranında nahar yeməyimiz baş tutub.
Günün ikinci yarısı isə iştirakçılar üçün sosial fəaliyyət çərçivəsində “boulinq” oyunu təşkil olunub.

Bununla yanaşı, Dr.İlkin Həsənzadənin “Daha sağlam sən” mövzusunda təlimi baş tutub. Təlim, sağlam həyat tərzi, stressin idarə olunması və şəxsi rifahın artırılması ilə bağlı məsləhətlər və müzakirələrlə davam edib.
Günün sonunda növbəti sosial fəaliyyət olaraq hər kəsin sevdiyi Mafia oyunu təşkil edilib. Bu fəaliyyət iştirakçılar arasında birgə əyləncəli və mehriban bir mühit yaradıb.

Lənkəran səfərinin ikinci günü həm öyrədici, həm də əyləncəli şəkildə davam edib.

This will close in 0 seconds