Biznes Tur “Lənkəran” – 19.02.2025

“Biznes Tur” çərçivəsində Marsol Group partnyorları ilə 19 fevral tarixində Lənkəran şəhərinə səfərimiz baş tutub.

19-21 fevral tarixlərini əhatə edən Lənkəran səfərinin ilk günü Lənkəranda fəaliyyət göstərən Marsol Region partnyorlarının, KOBİA-nın Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyevin də iştirakı ilə “Bağ Evim” restoranında işgüzar nahar təşkil olunub.

Nahardan sonra iştirakçılar “Lankaran Springs Wellness Resort” oteldə asudə vaxtlarını rahat şəkildə dəyərləndiriblər.

Günün davamında “Sahibkarların vergi məcəlləsində diqqət etməli olduqları yeni dəyişikliklər” mövzusunda “Sofistico” şirkətinin rəhbəri Şamxal Kərimov tərəfindən faydalı təlim keçirilib. Təlimdə iştirakçıların sualları cavablandırılıb, mövzuya dair müzakirələr aparılıb.

Sonda isə sosial fəaliyyət olaraq “Mafia” oyunu təşkil olunub, asudə vaxtımızı daha əyləncəli keçirmək imkanımız olub.

İşgüzar səfərimizin digər maraqlı anlarını sizinlə paylaşmağa davam edəcəyik.

This will close in 0 seconds