Mayın 3-ü Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün “Biznes Analitika və sahibkarlar üçün ən təhlükəli 10 risk” başlığı altında təşkil olunan təlimin beşinci hissəsi keçirilib.
Təlim çərçivəsində İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov bu dəfə təhlil növünün iqtisadi sektorda tətbiq olunması mövzusunda iştirakçıları maarifləndirib.
Qeyd edək ki, təlim rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədi daşıyır. Təlimin növbəti mərhələsində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.
