Aprelin 5-i Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün “Biznes Analitika və sahibkarlar üçün ən təhlükəli 10 risk” başlığı altında təşkil olunan təlimin ilk hissəsi keçirilib.
Təlim İqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov tərəfindən aparılıb, iştirakçılar biznesin təhlilində istifadə olunan müasir metodlarla tanış olaraq risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə zəngin biliklər əldə ediblər.
Təlim sahibkarlar, maliyyə mütəxəssisləri üçün yeni perspektivlər açaraq onların peşəkar bacarıqlarını daha da təkmilləşdirmək üçün xüsusi nəzərdə tutulub.
Qeyd edək ki, “Biznes Analitika və sahibkarlar üçün ən təhlükəli 10 risk” təlimi 6 həftə ərzində hər həftə 2 saat şəklində davam edəcək.
