Birgə və Sağlam İctimai Birliyi

15 iyul tarixində sahibkarlarla birlikdə sosial tərəfdaşımız olan Birgə və Sağlam İctimai Birliyinin “Kaşalata” kafesində bir daha qonaq olduq, autizm sendromu və mərkəzin iş prosesi haqqında məlumatlandırıldıq.

Autizmli gənc qardaşımız qonaqlar üçün gözəl mahnı və pianinoda musiqi ifa etdi.

Dəvətinə görə mərkəzin rəhbəri Aytən xanım və bizimlə birlikdə iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!

Autizm xəstəlik deyil, fərqlilikdir! ?

“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmspektr pozğunluqları ilə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üzrə ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.