12 mart tarixində qadın sahibkarların da iştirakı ilə partnyorumuz “Beauty Sign”da qonaq olduq. Salonun rəhbəri Samirə xanım fəaliyyətləri və göstərdikləri xidmətlər haqqında ətraflı məlumat verdi. Partnyorlarımız da öz növbəsində bir-birləri ilə tanış olaraq, biznesləri barədə bizlərə məlumat verdilər. Onu da qeyd edək ki, Samirə xanım həmçinin partnyorumuz olan “SET Consultiung” şirkətinin də rəhbəridir. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!
Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.