Şirkət illik dövriyyəsinin həcminə, korporativ müştərilərinin və müvafiq sertifikatlara malik ixtisaslaşdırılmış əməkdaşların sayına görə öndə olan investisiya şirkətidir.

AzFinance İnvestisiya Şirkəti investorlara və emitentlərə  aşağıdakı investisiya xidmətlərini göstərir:

Qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə alqı-satqı əməliyyatların aparılması;

Fərdi investorların portfelinin idarə edilməsi;

Qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi;

Market-meyker xidmətlərin həyata keçirilməsi;

Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə alqı-satqı əməliyyatların aparılması üçün investorlara kredit və ya digər formada borcun verilməsi;

İnvestisiya tədqiqatı və maliyyə təhlilin aparılması;

İnvestisiya məsləhətinin verilməsi.

Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və Listinq Məsləhət Proqramının üzvüdür.

Şirkət Kapital bazarı vasitəsi ilə əlverişli şərtlərlə investisiya və vəsait cəlb etmək istəyənlər üçün geniş imkanlar yaratmışdır.

Beynəlxalq bazarlarda ticarət sahəsində böyük təcrübəyə və  30 ölkədə fond birjalarına, həmçinin  Avrobond bazarına çıxış imkanına malikdir.

Ünvan: Capital Towers/Tower A – Block 466, N. Narimanov Ave 206; AZ1065, Baku, Azerbaijan

Office:  +994 12 310 33 30 (ext.1078)

Mob.:   +994 50 290 57 62

E-mail: ramin.nurahmadov@afi.az

Web:    www.afi.az

Facebook : https://www.facebook.com/AzFinanceInvest

Linkendin: https://www.linkedin.com/company/azfinance-invest/mycompany/

İnstagram: https://www.instagram.com/azfinance/