Ağsu rayonunda yerləşən AZGRANATA şirə və şərab emalı zavodu 2011-ci ildə istifadəyə verilmişdir. AZGRANATA zavodunda meyvə şirəsi, konsentrat, kompot, narşərab, abqora, mürəbbə ilə yanaşı, alkoqolsuz və alkoqollu sakit və oynaq şərablar, likyor-araq məmulatı, viski, konyak, vodka o cümlədən, bir sıra meyvə araqları istehsal edilir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab, konyak və viski spirtlərinin saxlanılması anbarından, distillə sexindən, şüşə və «tetra pak» qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir. Meyvə qəbulu xəttində nar, üzüm, alma, armud, feyxoa, tut, zoğal və heyva məhsulları emal edilir. Belə ki, zavod saatda 12 ton nar, 10 ton alma, 40 ton üzüm emal etmək gücünə malikdir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, xırdalanması, əzilməsi, sıxılması, yüksək temperaturda sterilizasiyası, aseptik çəndə saxlanılması (hər biri 50 ton olmaqla 40 ədəd) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 000 000 butulka təşkil edir. AZGRANATA-nın 15 hektar albalı, 5 hektar tut, 500 hektar üzüm və 500 hektar nar bağları vardır. Müəssisənin istehsalı olan bir çox məhsullar dünyanın 27 ölkəsinə ixrac edilir.

AZGRANATA juice and wine processing plant located in Agsu region started operating in 2011. In addition to fruit juices, concentrates, compotes, pomegranate sauces, verjuices, jams, Azgranata plant produces a number of fruit vodka, including soft and non-alcoholic calm and playful wines, liqueur-vodka, whiskey, cognac, standard vodka. The plant consists of fruit reception and processing, concentrate preparation, storage of fruit juices in aseptic tanks, storage warehouse of wine, cognac and whiskey alcohols, distillation shop, filling and packaging of bottles and «Tetra Pak» packaging, storage sections of finished and auxiliary raw materials. Pomegranate, grape, apple, pear, feijoa, mulberry, dogwood and quince products are processed in the fruit reception line. Thus, the plant has the capacity to process 12 tons of pomegranates, 10 tons of apples, 40 tons of grapes per hour. In the fruit reception workshop, the stages of fruit reception, cleaning, sorting, slicing, crushing, sterilization at high temperature, storage in aseptic tanks (40 tanks, each is 50 tons) are implemented. The annual production capacity of the plant is 100 million bottles for fruit juice, and 24 000 000 bottles for alcohol beverages. AZGRANATA has 15 hectares of cherries, 5 hectares of mulberry, 500 hectares of grapes and 500 hectares of pomegranate gardens. Many products produced by the enterprise are exported to 27 countries around the world.

Завод по переработке сока и вина AZGRANATA, расположеннный в Агсуинском районе, был сдан в эксплуатацию в 2011 году. На заводе AZGRANATA производятся фруктовые соки, концентратом, компоты, наршараб, абгора, варенья, а также ряд безалкогольных и алкогольных тихих и игривых вин, ликеро-водочных изделий, виски, коньяк, водка, фруктовые водки. Завод состоит из помещений приемки и переработки фруктов, заготовки концентратов, хранения фруктовых соков в асептических чанах, склада винных, коньячных и висковых спиртов, дистилляционного цеха, розлива и упаковки бутылок и «тетра пак», отделов хранения готового и вспомогательного сырья. На линии приема фруктов обрабатываются гранат, виноград, яблоки, груши, фейхоа, тут, кизил и айва. Так, завод способен обрабатывать 12 тонн граната, 10 тонн яблок, 40 тонн винограда в час. В цехе по приемке фруктов осуществляются этапы приема, очистки, сортировки, измельчения, толчения, отжима, высокотемпературной стерилизации, хранения в асептическом чане (40 штук по 50 тонн каждый). Годовой объем производства завода составляет 100 млн упаковок для фруктового сока, а 24 000 000 бутылок – для алкогольных напитков. AZGRANATA имеет 15 гектаров вишневых, 5 гектаров тутовых, 500 гектаров виноградных и 500 гектаров гранатовых садов. Многие продукты, производимые предприятием, экспортируются в 27 стран мира.

Rəy bildirin